Ərdoğanın 3 günlük Körfəz turu başladı
11:42 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Küveytə rəsmi səfərə gedib.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Ərdoğanla birlikdə xanımı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdar, xəzinə və maliyyə naziri Mehmet Şimşək, milli müdafiə naziri Yaşar Gülər, sənaye və ticarət naziri Mehmet Fateh Kacır, ticarət naziri Ömər Bolat və digər rəsmi şəxslər də səfərdə iştirak edir.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 3 gün ərzində Küveyt, Qətər və Omanda səfərdə olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31