Erməni generalın ailəsinə məxsus 1,2 milyardlıq əmlak müsadirə olundu - SİYAHI
11:22 DünyaErmənistan Respublikasının Baş Prokurorluğu keçmiş deputat Manvel Qriqoryanın varisləri və onunla əlaqəli şəxslərdən 1,2 milyard dramdan artıq dəyərdə əmlak və pul vəsaitinin müsadirə ediləcəyini açıqlayıb.
Olaylar.az Ermənistan mediasına istinadən xəbər verir ki, 2022-ci il iyunun 28-də Baş Prokurorluq keçmiş deputatın ailə üzvləri və yaxınları barəsində qanunsuz yolla əldə edilmiş əmlakın müsadirəsi ilə bağlı məhkəməyə müraciət edib.
2025-ci il oktyabrın 10-da isə Ermənistanın Antikorrupsiya Məhkəməsi prokurorluğun iddiasını qismən təmin edib.
Məhkəmənin qərarı qüvvəyə mindikdən sonra Manvel Qriqoryanın varislərindən və onunla əlaqəli şəxslərdən dövlət xeyrinə aşağıdakı aktivlər müsadirə olunacaq:
▪️Armavir vilayətinin Vaqarşapat icmasında, Maştots küçəsində yerləşən torpaq sahəsi;
▪️Vaqarşapat icmasında, Alaverdyan küçəsindəki yaşayış evi;
▪️Armavir vilayətinin Arşaluis icmasında tikintisi yarımçıq qalmış ev;
▪️Vaqarşapat icmasında, Vazgen Sarkisyan küçəsində yerləşən ev;
▪️Vaqarşapat icmasının Andranik məhəlləsindəki ev;
▪️Vaqarşapatın Çarents 1-ci məhəlləsindəki ev;
▪️Vaqarşapatın A. Manukyan məhəlləsində tikintisi başa çatmamış ev;
▪️Armavir vilayətinin Arşaluis icmasında, 17-ci küçədəki torpaq sahəsi;
▪️Kotayk vilayətinin Razdan şəhərində, Zoravar Andranik prospektində ictimai tikinti üçün ayrılmış torpaq sahəsi;
▪️MAYBACH markalı avtomobil;
▪️TOYOTA LC 200 4.0 markalı avtomobil;
▪️GAZ 22, GAZ 24, GAZ 24-02 və MOSKVICH 407 markalı avtomobillər;
▪️Vino-konyak zavoduna verilmiş 254 milyon dramlıq kredit tələbi hüququ;
▪️Açıq səhmdar cəmiyyətinə verilmiş 33 milyon dramlıq kredit tələbi hüququ;
▪️İki bankda saxlanılan 9 min ABŞ dolları həcmində depozit;
▪️Açıq səhmdar cəmiyyətinə verilmiş 14 milyon 592 min dramlıq kredit tələbi hüququ;
▪️Eçmiədzində "Qriqor Lusavoriç" Universitetinə verilmiş 4 milyon 777 min dramlıq kredit tələbi hüququ;
▪️MMC-də 15,9456% pay;
▪️Banklarda 14 milyon 715 min dram və 300 dollar depozit;
▪️224 min dram qanuni gəlirlə əsaslandırılmayan xərclər;
▪️14 milyon 654 min dram qanunsuz mənşəli vəsait qalıqları.
Ermənistan Baş Prokurorluğu iddianın təmin olunmayan hissəsi ilə bağlı apeliyasiya şikayəti verəcək.
(Musavat.com)