Papuaşvili Brüsseli zorakılığa bəraət qazandırmaqda ittiham edir – ÖZƏL
11:04 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə etdiyi paylaşımda, Lüksemburqda keçirilən Xarici İşlər Nazirləri Şurasının Avropa Komissarları və nazirlərinin 4 oktyabrda Gürcüstan Prezident Sarayına edilən zorakı hücumu pisləmək üçün daha bir imkanı əldən verdiyini yazıb.
Papuaşvili qeyd edir ki, Brüssel "zorakılığın siyasi məqsədlərə çatmaq üçün alət kimi təşviq edilməsindən əl çəkməlidir".
"Dünən Lüksemburqda keçirilən Xarici İşlər Nazirləri Şurası Avropa Komissarları və nazirlərin 4 oktyabrda Gürcüstan Prezident Sarayına edilən zorakı hücumu pisləməsi üçün daha bir əldən verilmiş şans idi. Bunun əvəzinə, biz yalançı narrativlərlə Gürcüstan xalqına qarşı növbəti hücumları eşitdik. Zorakılıq edənləri himayə etmək zorakılığa bəraət qazandırmaq, zorakılığa bəraət qazandırmaq isə daha çox zorakılığı təşviq etmək deməkdir. Brüssel təməl Avropa dəyərlərinə qayıtmalı və zorakılığın siyasi məqsədlərə çatmaq üçün alət kimi təşviq edilməsindən əl çəkməlidir," - deyə Papuaşvili yazıb.