Türkiyədə FETÖ-yə qarşı əməliyyat: 300-ə yaxın saxlanılan var
10:28 DünyaSon bir ay ərzində Türkiyədə hüquq-mühafizə orqanlarının FETÖ terror təşkilatına qarşı 50 vilayətdə əlaqələndirilmiş şəkildə keçirdiyi əməliyyatlar zamanı ümumilikdə 286 nəfər saxlanılıb
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin DİN rəhbəri Əli Yerlikaya öz rəsmi "X" səhifəsində məlumat paylaşıb.
Qeyd edilib ki, saxlanılan şübhəlilərdən 154-ü barəsində həbs qətimkan tədbiri seçilib.
"Şübhəlilər terrorçu təşkilatın maliyyə quruluşu, hərbi-məxfi quruluşu daxilində fəaliyyət göstərməkdə, təşkilatın kripto-rabitə proqramı sayılan ByLock-dan istifadə etməkdə, təşkilatın məsul şəxsləri ilə taksofon vasitəsilə əlaqə saxlamaq ittiham olunurlar", - paylaşımda əlavə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31