İrəvanda parlamentin növbəti dördgünlük iclası başladı - ÖZƏL
10:17 DünyaOlaylar.az xəbər verir ki, İrəvanda oktyabrın 21-də Ermənistan parlamentinin növbəti dördgünlük iclası başlayıb. İclasın gündəliyinə ümumilikdə 28 məsələ daxil edilib. Onlardan 15-i ikinci və yekun oxunuşda, digərləri isə birinci oxunuşda müzakirəyə çıxarılacaq.
Müzakirə olunacaq məsələlər arasında İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasına üzv seçkiləri, Mərkəzi Bank Şurasına üzv seçkiləri, "Məhkəmə Məcəlləsi"nə (Konstitusiya qanunu) dəyişiklik layihəsi, "Dövlət borcu haqqında" qanuna və əlaqədar qanunlara dəyişikliklər paketi, Mülki Məcəlləyə əlavə və dəyişikliklər paketi, "Audiovizual media haqqında" qanuna dəyişikliklər, həmçinin "Reproduktiv sağlamlıq və insanın reproduktiv hüquqları haqqında" qanuna düzəlişlər də yer alır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31