Senat ABŞ hökumətinin maliyyələşməsinə “yox” dedi

ABŞ Senatı hazırda qismən dayandırılmış federal hökumətin maliyyələşdirilməsini təmin etmək məqsədi daşıyan qanun layihəsini 11-ci dəfə rədd edib.

Olaylar.az xəbər verir ki, prosessual səsvermə zamanı respublikaçılar tərəfindən hazırlanan və əvvəllər Nümayəndələr Palatasında təsdiqlənən qanun layihəsinin lehinə 50, əleyhinə isə 43 senator səs verib. Qanun layihəsinin təsdiqi üçün senatorların 60 səsi tələb olunur.

Xatırladaq ki, dünən ABŞ prezidenti Donald Tramp Konqresdəki demokratların tezliklə qanun layihəsini dəstəkləyəcəyinə əmin olduğunu bildirib.

Senat əvvəllər Demokratlar tərəfindən təqdim edilən hökumətin maliyyələşdirilməsi haqqında qanun layihəsini ən azı yeddi dəfə rədd edib. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31