Rusiyada dövlətə xəyanət ittihamı ilə həbslər 50 faizədək artıb

Bu ilin birinci yarısında Rusiyada 105 rusiyalı vətənə xəyanət, 11 əcnəbi casusluq ittihamı ilə həbsə məhkum edilib.

Olaylar.az TASS-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövründəkindən 50 faizə qədər çoxdur.

Dövlətə xəyanətdə təqsirləndirilən iki müttəhimə ömürlük həbs cəzası verilib. Məhkum edilənlərdən 5-i 14-17 yaş arası yetkinlik yaşına çatmayanlardır, ən böyük yaş qrupu 18-30 (44 nəfər) olub. Təqsirləndirilən şəxslərin 27-si 31-40 yaş arasında, 15-i 41-50, 11-i 51-60, ikisi 61-65, biri isə 66-dan yuxarıdır. Onların, demək olar ki, yarısı (41-i) ali, 22-si orta, 22-si orta ixtisas təhsillidir. Yarıdan çoxunun (55) daimi gəlir mənbəyi yoxdur. Məhkum olunanlar arasında 15 fəhlə, 3 dövlət və bələdiyyə işçisi, 8 tələbə, eyni sayda sahibkar, 6 hərbi qulluqçu, eyni sayda hüquqşünas və ya notarius da var.

Statistikaya görə, casusluq ittihamı ilə həbs cəzasına məhkum edilmiş 11 əcnəbinin hamısı MDB ölkələrinin vətəndaşları olub. Onlardan 4-ü 18-30, 4-ü 31-40, ikisi isə 41-45 yaş arasında olub. Məhkumlardan yalnız 3-ü ali, 7-si isə orta ixtisas və ya ümumi orta təhsilli olub.

Xatırladaq ki, 2024-cü ildə Rusiyada dövlətə xəyanətdə ittiham olunanların sayı təxminən dörd dəfə artıb - 145 nəfər, casusluğa görə isə 23 nəfər məhkum edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31