Lavrov: Ukraynaya “Tomahawk” raketlərinin tədarükü Rusiya-ABŞ münasibətlərinə ciddi ziyan vuracaq - ÖZƏL
20:06 DünyaRusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, Ukraynaya "Tomahawk" raketlərinin mümkün tədarükü Rusiya və ABŞ arasındakı münasibətlərin normallaşma perspektivinə böyük ziyan vuracaq.
"Bu, ciddi eskalasiyadır və Ukrayna burada artıq heç bir rol oynamayacaq. Sadəcə Rusiya və ABŞ arasındakı münasibətlərin normallaşma perspektivinə və Bayden administrasiyası tərəfindən tam tıxac vəziyyətinə gətirilmiş bu vəziyyətdən çıxışa kolossal ziyan vuracaq", - deyə Olaylar xəbər verir ki, Lavrov "Komersant" qəzetinə müsahibəsində bildirib.
Gözlənildiyinə görə, oktyabrın 17-də Vladimir Zelenski ABŞ-a səfər edəcək. ABŞ prezidenti Donald Tramp isə artıq bildirib ki, Zelenski ehtimal ki, "Tomahawk" raketlərini tələb edəcək.
Sentyabr ayında Axios-a verdiyi müsahibədə Zelenski ABŞ Ukraynaya uzaqmənzilli silah verəcəyi təqdirdə Moskva istiqamətində hücumlarla hədələyib. O, Kremlin məmurlarına işarə edərək bildirib ki, "sığınacaqlarının harada yerləşdiyini bilməlidirlər".
Buna cavab olaraq Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev xəbərdarlıq edib ki, "Rusiya belə bir silahı tətbiq edə bilər ki, sığınacaq belə kömək etməyəcək".
İbrahim Məmmədli