Rutte: NATO ölkələrinin yarıdan çoxu Ukrayna üçün ABŞ-dan silah almağa hazırdır - ÖZƏL
19:40 DünyaNATO-nun baş katibi Mark Rutte bəyan edib ki, alyansa üzv ölkələrin yarıdan çoxu Ukraynaya ötürülmək məqsədilə ABŞ istehsalı silah almağa hazırdır.
"Bu gün də qeyd etdiyim kimi, ölkələr bir-bir bu təşəbbüsə qoşulur... Beləliklə, artıq bizim sayımız alyansın yarısından çoxunu təşkil edir", - deyə Olaylar xəbər verir ki, Rutte qeyd edib.
Bundan əvvəl ABŞ-ın NATO yanında səfiri Metyu Uitaker 15 oktyabrda Kiyevə hərbi yardım məsələsi ilə bağlı mühüm açıqlamanın veriləcəyini bildirmişdi.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31