Pentaqon rəhbəri: Ukrayna münaqişəsi başa çatmazsa, ABŞ və müttəfiqlər Rusiyaya qarşı tədbirlər görəcək - ÖZƏL
19:18 DünyaABŞ müdafiə naziri Pit Hegset bəyan edib ki, əgər Ukrayna münaqişəsi yaxın zamanda başa çatmasa, Birləşmiş Ştatlar və onun müttəfiqləri Rusiyaya qarşı əlavə tədbirlər həyata keçirəcək.
Olaylar xəbər verir ki, bu barədə Brüsseldə NATO ölkələrinin müdafiə nazirlərinin toplantısından sonra çıxışı zamanı danışılıb.
"Əgər bu münaqişə sona yetməzsə və qısa müddətdə sülhə aparan yol tapılmazsa, ABŞ müttəfiqləri ilə birlikdə Rusiyanın davam edən təcavüzü üçün onun üzərinə əlavə xərclər qoyacaq addımlar atacaq", - deyə Hegset bildirib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, əgər Ukrayna münaqişəsinin nizamlanması istiqamətində irəliləyiş əldə olunmasa, Vaşinqton Kiyevə "Tomahawk" raketləri göndərə bilər.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31