İtaliya baş naziri: "Siqareti tərgitməyə məcbur etsələr, birini öldürərəm"

İtaliya Baş naziri Georgia Meloni siqareti tərgitməyə məcbur edilsə, ciddi şəkildə "biri öldürəcəyini" zarafatla bildirib.

Musavat.com xəbər verir ki, o, siqaretin onun üçün ciddi vərdiş olduğunu və onu tərgitməyin praktik olaraq mümkünsüz olduğunu vurğulayıb.

Meloni  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da onun bu vərdişini dəyişməsi üçün onu "sağlamlıq haqqında düşünməyə" çağırdığını xatırladıb.

Lakin İtaliya lideri, bu çağırışlara baxmayaraq, siqareti tərgitməyin onun üçün çox çətin olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31