Tramp APEC sammitində Si Cinpinlə görüşməyi planlaşdırır - ÖZƏL
16:56 DünyaABŞ Prezidenti Donald Tramp Cənubi Koreyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində Çin Xalq Respublikasının sədri Si Cinpinlə ikitərəfli görüş keçirməyi planlaşdırır. Olaylar.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent məlumat verib. Onun sözlərinə görə, Trampın əvvəlki bəyanatlarına baxmayaraq, görüş planı qüvvədə qalır.
"Bildiyimə görə, Prezident Tramp hələ də sammitdə iştirak etmək və Si Cinpinlə görüşmək niyyətindədir. Onların münasibətləri çox yaxşıdır. Ticarət müharibəsinin gərginləşməməsi də iki lider arasındakı yüksək etimad səviyyəsi sayəsində mümkün olub", - deyə Bessent qeyd edib.
Nazir həmçinin bu həftə Vaşinqtonda keçirilən Beynəlxalq Valyuta Fondu və Dünya Bankının payız sessiyası çərçivəsində Çin nümayəndə heyəti ilə şəxsi təmaslarının planlaşdırılmadığını bildirib. "Hazırda söhbət daha çox işçi səviyyəsində görüşlərdən gedir", - o əlavə edib.