Əş-Şəra: Suriya Rusiyayla münasibətləri yenidən qurmağa çalışacaq

Suriya lideri Əş-Şəraa bildirib ki, ölkəsi Rusiyayla münasibətləri yenidən qurmağa çalışacaq və bu, ölkə üçün həyati əhəmiyyət daşıyır.

Olaylar.az xəbər verir ki, Putinlə görüşdə Əş-Şəraa qeyd edib ki, "ən vacib olan məsələ bu anda sabitlikdir". 

O həm ölkə daxilində, həm də regionda ümumi sabitliyin təmin edilməsinin həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Suriya liderinin sözlərinə görə, sabitlik yalnız daxili məsələlərlə məhdudlaşmır; həm də Rusiya ilə sıx əməkdaşlıq edərək regionda daha geniş sabitlik əldə etmək üçün ciddi addımlar atılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31