Səudiyyə Ərəbistanı Rusiya ilə vizasız rejim razılaşmasına ümid edir - ÖZƏL

Olaylar.az xəbər verir ki, Səudiyyə Ərəbistanının xarici işlər nazirinin müavini bəyan edib ki, Krallıq yaxın zamanda Rusiya ilə vizasız rejim barədə sazişin imzalanmasına ümid edir. Rusiya mətbuatının yaydığı məlumata görə, Səudiyyə tərəfi iki ölkə arasında qarşılıqlı vizasız səfərlərin asanlaşdırılmasının iqtisadi, turizm və mədəni əlaqələrin inkişafına töhfə verəcəyini düşünür.
Qeyd edək ki, son illər Moskva ilə Ər-Riyad arasında enerji, investisiya və diplomatik əməkdaşlıq sahələrində münasibətlər əhəmiyyətli dərəcədə genişlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31