Yaponiyada 2 milyard dollarlıq COVID-19 preparatları məhv ediləcək
11 May 2024 14:49 DünyaYaponiya əvvəlki illərdə alınmış COVID-19 preparatlarının 77 faizini məhv edəcək.
Olaylar bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, həmin preparatların dəyəri təxminən 2 milyard dollar qiymətləndirilir.
Yaponiya hökuməti "Shionogi" əczaçılıq şirkətinə məxsus 4,3 milyon ədəd "Xocova" preparatı "Merck" istehsalı olan "Lagevrio" preparatı, həmçinin "Pfizer" firmasının "Paxlovid" tabletlərini məhv etmək niyyətindədir.
Qeyd olunur ki, pandemiya zamanı Yaponiya 5,6 milyon vətəndaş üçün koronavirusa qarşı vasitə alıb. 2024-cü ilə qədər əksər dərmanların istifadə müddəti bitib, buna görə də onlar utilizasiya olunmalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31