Bu ölkə “Avroviziya”nın finalından kənarlaşdırıldı

Niderland təmsilçisi Jost Klein müəmmalı səbəbdən Avroviziya-2024 yarışmasının finalından uzaqlaşdırılıb.

Olayla xəbər verir ki, müsabiqənin təşkilatçısı Avropa Yayım Birliyi Klein ilə bağlı insidenti araşdırdığını açıqlayıb. 

İsveçin SVT telekanalı bildirib ki, buna səbəb fotoqrafla təmsilçi arasına yaranan qarşıdurma ola bilər. Başqa bir versiyaya görə, buna Kleinin müsabiqə iştirakçılarından biri ilə münaqişəsi səbəb olub.

Niderland təmsilçisi araşdırmanın nəticələrini gözlədiyini qeyd edib. (publika.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31