İsrail XİN BMT əməkdaşlarına viza verməyəcək

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

İsrail Xarici İşlər Nazirliyi İsraildəki BMT əməkdaşlarının viza müddətlərini uzatmayacaq və təşkilatın digər əməkdaşlarına yeni vizalar verməyəcək.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İsrail xarici işlər naziri Eli Kohen "X" sosial şəbəkə hesabında məlumat verib.

Kohen İsrail Xarici İşlər Nazirliyinə bu barədə müvafiq təlimat verdiyini bildirib.

Oktyabrın 7-dən etibarən "BMT-nin davranışlarının təşkilat və beynəlxalq ictimaiyyət üçün biabırçılıq" olduğunu deyən israilli nazir HƏMAS ilə əməkdaşlıq edənlərlə işləməyi dayandıracaqlarını bildirib.

"Artıq BMT-nin riyakarlığı qarşısında səssiz qalmayacağıq", - deyə Kohen yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31