Putin qalib gəlsə, necə olacaq? - FOTO

Putin qalib gəlsə, necə olacaq? - Bloombergin geniş məqaləsi bu sualla başlayır.

Olaylar.az milli.az-a istinadən sözügedən məqalədə yer alan iddiaları təqdim edir:

▪️ Ukraynaya hərbi dəstək olmasa, Rusiya yeni əraziləri ələ keçirməyə və daha çox infrastrukturu məhv etməyə çalışacaq.

▪️ Cəbhədəki çıxılmaz vəziyyət müharibənin uzun illər davam etməsinə səbəb ola bilər. Sonda Kiyev Moskvanın təklif etdiyi atəşkəs şərtlərini qəbul etməyə məcbur olacaq.

▪️ Effektiv müdafiədən məhrum olan Ukrayna partizan savaşına keçə bilər ki, bu da ölkənin Aİ ilə şərq sərhədində qeyri-sabitliyə gətirib çıxara bilər.

▪️ Putin Ukraynada qələbə qazanarsa, bir ilə və ya bir neçə ilə baltikyanı ölkələrə hücum edə bilər.

▪️ Rusiyanın qələbəsi Avropa İttifaqı ölkələrinə kütləvi qaçqın axını ilə nəticələnəcək ki, bu da ittifaq ölkələrində gərginliyi artıracaq.

▪️ Rusiyanın qələbəsi ABŞ-nin müttəfiqlərində rəsmi Vaşinqtona qarşı etibarlılığı azaldacaq. Bunun da nəticəsi olaraq bəzi Avropa ölkələri ABŞ ilə deyil Rusiya və Çinlə əməkdaşlığa üstünlük verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31