Bu ölkələr İranla irimiqyaslı azad ticarət sazişini imzalayıb
25 Dekabr 2023 16:26 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Avrasiya İqtisadi İttifaqı ölkələri İranla 2019-cu ildən qüvvəyə minən müvəqqəti sazişi əvəz etməli olan irimiqyaslı azad ticarət sazişini imzalayıb.
Olaylar.az bu barədə Rusiya KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, imzalanma Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının sessiyası çərçivəsində baş tutub. Sənədi Avrasiya İqtisadi Komissiyasının (AİK) idarə heyətinin sədri Mixail Myasnikoviç, Rusiya baş nazirinin müavini Aleksey Overçuk və İranın sənaye, mədən və ticarət naziri Abbas Əliabadi imzalayıblar. Müqaviləyə həmçinin Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan nümayəndələri də imza atıblar.
Aİİ və İran arasında azad ticarət zonasının yaradılması haqqında müvəqqəti saziş 2018-ci il mayın 17-də imzalanıb və 2019-cu il oktyabrın 27-dən qüvvədədir. (Trend)