İsrail Qəzza zolağının mərkəzi hissəsində humanitar fasilə elan edib

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

İsrail ordusu Qəzza zolağının mərkəzi hissəsində döyüş əməliyyatlarında dörd saatlıq humanitar fasilə elan edib.

Olaylar.az xəbər verir ki, bu barədə İsrail hökumətinin Fələstin Ərazilərindəki Fəaliyyətlərinin Əlaqələndirici İdarəsi "X" sosial şəbəkəsində məlumat yayıb.

Məlumatda İsrail Müdafiə Qüvvələrinin mülki əhalinin qida və su ehtiyatını tamamlamasına imkan vermək üçün humanitar fasilələr təmin etdiyi qeyd olunub. Dekabrın 25-də Deyr-əl-Balax şəhərinin Əş-Şeyx Muhamməd Əl-Yamani bölgəsində yerli vaxtla saat 10:00-14:00 arası fasilə elan edilib. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31