Vaşinqton Qəzzada İsrail ordusunun əməliyyatını dayandırmağa çalışmır - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Birləşmiş Ştatlar İsrailə Qəzza zolağında hərbi əməliyyatda növbəti addımları ilə bağlı suallar verir, lakin Fələstinin radikal HƏMAS hərəkatını məhv etmək məqsədlərinə dəstək verir və döyüşləri dayandırmağa çalışmır. 

Olaylar.az xəbər verir ki, bunu İsrailin Vaşinqtondakı səfiri Maykl Hersoq ordunun Qalei İDF radiosuna müsahibəsində deyib.

"Amerika hökuməti HƏMAS-la döyüşmək və məhv etmək məqsədini bölüşür. Onların sualları və narahatlıqları var, lakin döyüşləri dayandırmağa çalışmırlar, sadəcə olaraq, növbəti addımların nədən ibarət olduğunu aydınlaşdırırlar", - diplomat bildirib.
Onun sözlərinə görə, İsrailin amerikalı tərəfdaşları baş verənləri fəal şəkildə izləyir və Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı təmaslarda iştirak edirlər. 

"Onlar bilirlər ki, aksiyanın bir hissəsi girovların azad edilməsi ilə bağlı razılaşma əldə etmək cəhdidir. Amerikalılar Misir və Qətərlə əlaqə saxlayırlar, onlar tamamilə mənzərənin bir hissəsidir", - Hersoq deyib.
Səfir Qərbdə Milad və Yeni il bayramlarında bu işin dayanmadığını vurğulayaraq, eyni zamanda qarşı tərəfin problemin həllini tapmaq istəyinə şübhə ilə yanaşdığını bildirib. 

"Bu ləngiməyə səbəb olmur, hətta bayram günlərində də işlər aparılır. Razılığa gəlmək İsrailin maraqlarına uyğundur, məsələ qarşı tərəfin belə bir istəyinin olub-olmamasıdır və mən buna qətiyyən əmin deyiləm" - o, qeyd edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31