May ayında biz bölgədən atəş səsləri eşitməyəcəyik - Səbuhi Rəhimli

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

"Rusiya-Ukrayna müharibəsini demək olar ki, aybaay hesabladım. Xırda atəşkəsləri nəzərə almasaq, 2024-cü ildə davam edəcək."

Bu sözləri Olaylar.az-a açıqlamasında astoroloq Səbuhi Rəhimli bildirib. Həmçinin o, Qəzza-İsrail arasında gedən müharibənin nə vaxt nəticələnəcəyini də açıqlayıb:

"May ayına qədər bitmə ehtimalı var. Tez də ola bilər, ən uzağı may ayında Qəzza-İsrail arasındakı münaqişənin dayanması qaçınılmazdır. Maksimum olaraq may, bu fevral da ola bilər. Mərhələlər var və bunu idarə edənlərin iradəsindən, qərarından və dünyanın təzyiqindən aslıdır. Baxmayaraq ki, ABŞ bunun uzanmasında maraqlıdır, amma may ayında biz bölgədən atəş səsləri eşitməyəcəyik."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31