Santa-Klaus dünyanın bütün qitələrində milyonlarla hədiyyə paylayıb
25 Dekabr 2023 13:53 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Santa-Klaus (Şaxta Baba) katoliklərin Milad bayramı ilə əlaqədar dünyanın bütün qitələrinə gəzərək təxminən 6,7 milyon hədiyyə paylayıb.
Olaylar.az xəbər verir ki, bu barədə Santa-Klausun hərəkət istiqamətini izləyən Şimali Amerika Qitəsinin Aerokosmik Müdafiə Komandanlığı məlumat yayıb.
Onun yerini müəyyən etmək üçün radar sistemlərindən, peyklərdən və döyüş təyyarələrindən istifadə edilir.
Ənənəyə uyğun olaraq, Santa-Klaus dekabrın 24-də doqquz maralın çəkdiyi sehrli kirşə ilə dünya səyahətinə çıxır. O, hazırda ABŞ-nin qərb hissəsini gəzir.
Qeyd edək ki, Milad bayramının baş personajının hərəkət istiqamətini izləmək ənənəsi 1955-ci ildə başlayıb. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31