Türkiyədə dörd mindən çox qanunsuz miqrant saxlanılıb

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Türkiyədə qanunsuz miqrasiyaya qarşı növbəti "Qalxan-4" əməliyyatı keçirilib.

Olaylar.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb. Məlumata əsasən, ölkənin 37 vilayətində keçirilən əməliyyat zamanı 4 min 568 qanunsuz miqrant saxlanılıb.

Polis və jandarma əməkdaşları tərəfindən 126 müxtəlif nöqtədə aparılan əməliyyatın gedişində insan qaçaqçılığı ilə məşğul olmaqda şübhəli bilinən 192 nəfər nəzarətə alınıb. Artıq onlardan 41-i barəsində həbs qərarı çıxarılıb.  (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31