Polis əməkdaşlarına “Whatsapp” proqramı qadağan edildi - Rusiyada

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Rusiyada polis əməkdaşlarına WhatsApp mesajlaşma proqramından istifadə qadağan edilib.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yatıb.

Məlumatda qeyd olunub ki, Rusiyada polis əməkdaşlarına WhatsApp vasitəsilə bütün peşəkar yazışmalarını silmək və Telegram tətbiqindən istifadə etmək tapşırılıb.

Qeyd edək ki, 2022-ci ilin martında Rusiyanın Tver Məhkəməsi tərəfindən Facebook və WhatsApp-ın sahibi olan Meta şirkəti "radikal təşkilat" hesab edilib və şirkətin Rusiyadakı fəaliyyətini qadağan edən qərar çıxarılıb. (Sfera.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31