Rusiya Ermənistanda ikinci baş konsulluq açacaq

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Rusiya Ermənistanda ikinci baş konsulluq açmağı planlaşdırır.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov məlumat yayıb.

Rusiyanın yaxın perspektivdə xarici diplomatik nümayəndəliklərinin sayını artıracağını deyən XİN rəhbərinin müavini Burkina Faso və Ekvatorial Qvineyada səfirlik, Ermənistan (Qafan), Qazaxıstan (Aktau), Özbəkistan (Səmərqənd), İndoneziya (Denpasar) və Maldiv Respublikasınada (Male) baş konsulluq açacağını bildirib.

İvanov müvafiq hökumətlərlə bu barədə razılıq əldə olunduğunu qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31