Rusiya yaxın gələcəkdə iki səfirlik, beş konsulluq açacaq — ÖZƏL
25 Dekabr 2023 11:29 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Yaxın vaxtlarda Rusiya bir neçə ölkədə diplomatik obyektlər, o cümlədən iki səfirlik və beş baş konsulluq açacaq".
Olaylar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov bildirib.
Burkina-Faso və Ekvatorial Qvineyada səfirliklərin, habelə Kapan (Ermənistan), Aktau (Qazaxıstan), Səmərqənd (Özbəkistan), Denpasar (İndoneziya) və Male (İstanbul) şəhərlərində baş konsulluqların açılması ilə bağlı qərarlar qəbul edilib və onlarla razılaşdırılıb" - deyə, diplomat qeyd edib.
O, Moskvanın dost ölkələrdə diplomatik mövcudluğunu daha da genişləndirməyi planlaşdırdığına diqqət çəkib:
"Bizim qarşıdakı illər üçün planlarımıza Prezidentin 31 mart 2023-cü il tarixli 229 nömrəli fərmanı ilə təsdiq edilmiş Rusiyanın yenilənmiş Xarici Siyasət Konsepsiyasında həlledici əhəmiyyət kəsb edən regionlarda bir sıra ölkələrdə diplomatik nümayəndəliklərin yaradılması daxildir", - İvanov qeyd edib.