Son terrorçu məhv edilənə qədər... - Ərdoğan
23 Dekabr 2023 23:07 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Son terrorçu məhv edilənə qədər terroru mənbəyində məhv etmək strategiyasını qətiyyətlə həyata keçirməyə davam edəcəyik.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan X hesabında edib.
"Türkiyə nəyin bahasına olursa olsun, İraqın şimalında və Suriyada terror təşkilatının güclənməsinə imkan verməyəcək", - Ərdoğan vurğulayıb.
Qeyd edək ki, ötən gündən bəri Türkiyə ordusu terrorçularla qarşıdurmada 12 hərbçisini itirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31