Zəlzələylə bağlı çıxışları ilə tanınan alimdən xalqa seçki ÇAĞIRIŞI
20 Fevral 2023 10:40 DünyaZəlzələ ilə bağlı xərədarlıqları ilə daha çox tanınan türkiyəli alim, Prof. Dr. Naci Görür vətəndaşlara qarşıdan gələn seçkilərlə bağlı çağırış edb.
Cebhe.info xəbər verir ki, Görer "Sizin, övladlarınızın, nəvələrinizin və nəslinizin əbədi olaraq bu torpaqda yaşamasını istəyirsinizsə, zəlzələlərlə bağlı ciddi vədlər verən, planı və proqramı olan, haqqını dəyərləndirən partiyaya səs verin. Həyat hər şeydən üstündür... Gələcək həyatımıza fəlakətlər gətirmək istəmirsinizsə, bu dəfə lazım olanı edin... Sevgilərlə..." ,-deyib.
Prof. Dr. Naci Görür sosial media hesabındakı paylaşımında zəlzələ ilə bağlı ciddi vədlər verən, yaşamaq hüququnu hər şeydən üstün tutan partiyaya səs verməyi tövsiyə edib.
Görer paylaşımında aşağıdakıları yazıb:
"Dəyərli xalqıma səslənirəm. Bu şəraitdə, qohumlarımızın dağıntı altında qaldığı bir vaxtda, ağrımızı ürəyimizdə hiss etdiyimiz bir vaxtda ölkəyə sahib çıx. Bir neçə aydan sonra seçki olacaq, siyasətçilər vədlər verəcək, özlərini bəyəndirməyə çalışacaqlar, səsinizi istəyəcəklər. Təbii ki, hasısa pariyaya rəğbət bəsləyə bilərsən, bəyənə bilərsən, amma hər şey siyasət deyil.
Özünüzün, övladlarınızın, nəvələrinizin və övladlarınızın əbədi olaraq bu torpaqda yaşamasını istəyirsinizsə, belə tərəfdarlığı dayandırın və zəlzələlərlə bağlı ciddi vədlər verən, planı və proqramı olan, yaşamaq hüququnu hər şeydən uca tutan partiyaya səs verin".
Professor 17 avqust Kocaeli zəlzələlərini xatırladıb:
"Ondan sonra biz bir daha heç nəyin əvvəlki kimi olmayacağını dedik. Buna milad dedik. Miladımız nə oldu? Bu zaman lazım olanı etməsək, məsuliyyətdə günahdan qurtula bilməyəcəyik. Əgər gələcək canlarınızı fəlakələrə vermək istəmirsinizsə, bu dəfə nə lazımdırsa edin..."
Xatırladaq ki, Nacı Görür zəlzələylə bağlı çıxışları ilə tanınır və İstanbulda da zəlzələ gözlənildiyini bildirən alimlərdəndir.
Cebhe.info