ABŞ vitse-prezidentinin təyyarəsi xarab oldu - VİDEO
18 Fevral 2023 22:15 DünyaMünhen Təhlükəsizlik Konfransında iştirak edən ABŞ-ın vitse-prezidenti Kamala Harris əsas təyyarədəki nasazlıq səbəbindən "Boinq C-17 Qlobemaster" hərbi-nəqliyyat təyyarəsi ilə ABŞ-a qayıdacaq.
Olaylar.az xəbər verir ki, bu barədə "Blumberq" agentliyinin jurnalisti Cennifer Ceykobs Tvitter hesabında yazıb.
O qeyd edib ki, vitse-prezidentin mavi-ağ təyyarəsi xarab olub. Kamala Harris Almaniyadan ABŞ-a C-17 dəstək təyyarəsi ilə qayıdacaq.
K.Harris qrafik üzrə indiki saatlarda hərbi təyyarə ilə ABŞ-a yola düşmüş olmalıdır.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31