Putin Afrika İttifaqını effektiv əməkdaşlıq mexanizmi kimi qiymətləndirib

Rusiya Prezidenti Vladimir Putin Afrika İttifaqının Dövlət və Hökumət Başçıları Assambleyasının 36-cı növbədənkənar sessiyasına təbrik ünvanlayıb.

"Mövcud olduğu illər ərzində Afrika İttifaqı özünü çoxtərəfli siyasi, iqtisadi və humanitar əməkdaşlıq üçün effektiv mexanizm kimi təsdiqləyib. Bu nüfuzlu beynəlxalq təşkilat yerli münaqişələrin və böhranların həllində, qonşuluq münasibətlərinin, regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsində mühüm rol oynayır", - prezident Kremlin saytında dərc olunan mesajda bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31