"Nə qədər çox hərbi cinayət törədilirsə, Ukraynaya bir o qədər çox silah verilməlidir" - Kuleba

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, ölkənin kritik infrastrukturuna yeni zərbələr endirilməsi ilə əlaqədar ölkəsi daha çox silah tədarük etməlidir.

Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə o, özünün tviter səhifəsində yazıb.

"Rusiya bizim mühüm mülki infrastrukturumuza daha çox raket atıb... Rusiya nə qədər çox hərbi cinayət törədirsə, Ukraynaya bir o qədər çox silah verilməlidir", - Ukraynanın xarici işlər naziri qeyd edib.

Qeyd edək ki, dekabrın 5-də "Ukrenerqo" Ukraynada enerji infrastrukturu obyektlərinin zədələnməsi ilə əlaqədar elektrik enerjisinin fövqəladə kəsilməsinin başladığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31