Rusiyada partlayışda ölənlərin sayı artdı

Rusiyanın Saxalin vilayətində beşmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə şənbə günü vilayətin qubernatoru Valeri Limarenko bildirib.

Həlak olanlardan üçü uşaqdır. Qeyd olunur ki, daha 3 sakinin axtarışları davam etdirilir.

Xatırladaq ki, Saxalinin Tımovskoye qəsəbəsində məişət qazın partlaması nəticəsində beşmərtəbəli bina çöküb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31