Vladimir Putin Rusiyanı və rusları kəşf etdi və ya...

Rusiya Prezidenti Vladimir Putin başladığı Ukraynaya qarşı işğalçı müharibəsində Rusiyanı və xüsusəndə rusları "kəşf" etdi. Putinin "kəşfi" sözsüz ki, ilk növbədə onun özünü və Putin kimi Sovet tarixi adı altında təbliğ olunan saxta tarixlə özünü qəhrəman və fateh xalq hesab edən şovinist rusları qəfil yuxusundan oyatmış oldu. Özlərini yaxşı tanımağa başlayan ruslar onların heç də qəhrəman, döyüşkən olmadığını və təbliğ olunan "tarixə" uyğun gəlmədiklərini anladılar. Bəli, əgər həqiqət bu deyilsə, onda ruslar Ukraynaya qarşı müharibədə rəzil gününə düşməz, döyüşməmək üçün kütləvi fərarilik etməz, yaxud əsir düşməyə can atmaz və səfərbərlik eşidən kimi, qaçıb ölkəni boşaltmazdılar.

Maraqlı sual ortaya çıxır- necə olub ki, ruslar dünyanın ən böyük ölkəsi ola biliblər? Əvvəla bilməliyik ki, Rusiyanın indi özəlləşdirildiyi tarix ona mənsub deyil. Sovet təbliğatı ilə Rusiyanın "qədim" tarixinin əsasına çevrilmiş qədim Kiyev rus dövlətinin,  "İqor polku haqqında dastan"ın və eləcə də yunan pravoslav xristianlığını qəbul edən Knyaz Vladimirin indiki ruslarla heç bir bağlılığı yoxdur. Qeyd edilən tarixi faktların qərbi slavyanlara, daha doğrusu polyaklara, xaxollara aidiyyəti şübhəsizdir. Həmin o slavyanlar indiki rusları "moskollar" adlandırıb və bəllidir ki, ruslar çox hallarda indiyə kimi də "moskol" ifadəsini təhqir kimi qəbul edirlər.

Şübhəsiz ki, Rusiyanın indi həcmdə dünyanın ən böyük dövlətinin olması səbəbi moğol-tatar iqası və bu ərazidə sovrulması ilə  yerli xalq kimi göstərdiyi fatehçilik bacarığı idi. Rusiyanın adına yazılmış bütün tarixi hərbi qələbələrdə həmişə digər xalqlar əsas faktordur. Rusiya imperiyasının bütün hərbi qələbələrini şərtləndirən əsas sözsüz ki, qeyr-rus xalqlardan ordusunun təşkili idi.

O qədər də uzaq olmayan ikinci dünya müharibəsində faşizm üzərində Sovet İttifaqının qələbəsini Rusiya 77 ildir çalışır ki, özəlləşdirsin və əsas rus xalqının qələbəsi kimi təqdim etsin. Ancaq təkzibedilməz faktdır ki, ikinci dünya müharibəsində də faşizmə qarşı SSRİ-nin 15 respublikası və bu ərazilərin aboregen xalqları vuruşub və qalib olub. İkinci dünya müharibəsində SSRİ-nin rəhbəri Stalin də heç rus olmayıb.

Qeyri-rusların tarixi qələbələrini özəlləşdirən və özünə saxta tarix yaradan rusların SSRİ dağılandan sonra təklikdə Ukraynanın öhdəsindən gələ bilmədi. Putin də saxta rus tarixinin yetişdirməsi və alüdəçisi kimi üzləşdiyi reallıq qarşısında əsl milli kimliyini dərk və kəşf etdi. Əslində isə Rusiyanın başqa xalqları əsarətdə saxlama istəyi də bu məntiqə söykənir ki, ruslar bir dövlət kimi başqa xalqlar hesabına mövcud olsun, yeni hərbi qələbələr qazansın.

Yeri gəlmişkən Putin Ukraynaya təcavüzün ilk günlərində məğlub olduğunu görən kimi, qeyri-rusları orduya səfərbər etməyə çalışsa da istəyinə nail ola bilmədi. Ona görə ki, Rusiyanın əsarətində olan qeyri-ruslar və digər xalqlar rusların onların parazit kimi qanın sorduğunun fərqindədir.

Digər tərəfdən, Putinin bu kəşfi acı da olsa rusları tarixdə özlərinə yeni, ancaq real səhifə açmağa imkan verir. Qaldı rusların buna istəyinə...

Vüqar Dadaşov
Qarabağ qazisi, hüquqşünas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31