"Dost və qardaş Fələstin xalqına başsağlığı verirəm" - Rəcəb Tayyib Ərdoğan
18 Noyabr 2022 23:54 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü Qəzzanın şimalında qaçqın düşərgəsində baş verən yanğında onlarla insanın həlak olması ilə bağlı Fələstin xalqına başsağlığı verib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Anadolu" angentliyi məlumat yayıb.
"Qəzzada baş verən yanğın nəticəsində aralarında uşaqların da olduğu 21 fələstinlinin həlak olması xəbərinə dərindən kədərləndik. Həlak olanların ailələrinə səbr, yaralananlara isə tezliklə şəfa diləyirəm. Dost və qardaş Fələstin xalqına başsağlığı verirəm", - deyə R.T.Ərdoğan bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31