Yeni il şənlikləri LƏĞV EDİLDİ

Rusiyanın paytaxtı Moskvada Yeni il şənlikləri və atəşfəşanlıq ləğv olunub.

Olaylar.az xəbər verir ki, bunu Moskva meri  Sergey Sobyanin deyib.

"Moskva bayramları şəhərimizə yaraşan şəkildə bəzəkli qarşılanacaq. Lakin biz bu il atəşfəşanlıqdan və böyük konsertlərdən imtina etməyi məqbul hesab edirik. Atəşfəşanlıq olmayacaq", - deyə mer bildirib.

Onun sözlərinə görə, Moskvada Yeni il tədbirləri yalnız hərbçilərə həsr olunacaq.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31