LGBT fərdi olan yeniyetmələr haqqında daha bir araşdırma- ÖZƏL

Olaylar.az xəbər verir ki, Özlərini cinsi azlıq kimi tanıdan yeniyetmələr heteroseksual həmyaşıdlarına nisbətən iki dəfə intihara cəhd edirlər. Bu barədə Corciya Universitetinin alimləri araşdırma aparıb. Tədqiqatçılar 2015-2019-cu illər ərzində toplanmış 14690 yeniyetmə intihar sorğusunu təhlil ediblər. İştirakçıların beşdə biri intiharı ciddi şəkildə düşündüklərini bildirdi. Məktəblilərin 7%-dən çoxu faktiki olaraq intihara cəhd edib və hər on yeniyetmədən biri cinsi istismara məruz qalıb. Cavabları təhlil edərkən və müqayisə edərkən, tədqiqatçılar cinsi zorakılığa məruz qalmanın intihar düşüncələri, intihar planlaşdırma və intihar cəhdləri ehtimalının artması ilə əlaqəli olduğun qənaətinə gəliblər. Azlıqların nümayəndələri heteroseksual həmyaşıdları ilə müqayisədə cinsi zorakılığa məruz qalma və travma sonrası stress pozğunluğundan iki dəfə çox əziyyət çəkirlər. Tədqiqatçıların fikrincə, bu, onların intihara meylli olma riskini daha da artırır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31