Terrorizmin dövlət sponsoru hansı ölkədir?- AP qətnamə verəcək - ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa Parlamenti noyabrın 23-də Strasburqda keçirilən plenar iclasda Rusiya Federasiyasını "terrorizmin dövlət sponsoru" kimi təsnif edən qətnaməyə səs vermək niyyətindədir. Bunu Avropa Parlamentinin (AP) rəsmi nümayəndəsi Delfin Kolard  bildirib. "Çərşənbə günü deputatlar mülki obyektlərə kütləvi hücumların intensivləşməsi fonunda Rusiyanı terrorizmin himayədarı kimi tanıyan qətnaməyə səs verəcəklər". 

Oktyabrın sonunda Polşa Senatı yekdilliklə Rusiya Federasiyasının terrorçu rejim kimi tanınması barədə qətnamə qəbul edib. Sənəddə Polşa parlamentariləri "Rusiya təcavüzünü" pisləyir və digər ölkələri Rusiyaya qarşı analoji etirafı etməyə çağırırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31