Rusiya ölkənin 11 hava limanında uçuşların məhdudlaşdırılması rejimini yenidən uzadıb

Federal Hava Nəqliyyatı Agentliyi Rusiyanın cənub və mərkəzi hissəsindəki hava limanlarına uçuşların məhdudlaşdırılmasını yenidən noyabrın 27-si Moskva vaxtı ilə saat 03:45-ə qədər uzadıb. 

Olaylar.az xəbər verir ki, bu barədə agentliyin saytında məlumat verilib.
Federal Hava Nəqliyyatı Agentliyinin bəyanatında qeyd edildiyi kimi, uçuşlara müvəqqəti qadağa ölkənin 11 hava limanına təsir göstərib. Onların arasında Anapa , Belqorod , Bryansk , Voronej , Gelendjik , Krasnodar , Kursk , Lipetsk , Rostov-on-Don , Simferopol və Elista hava limanları var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31