Rəsmi Kiyev Xersondakı Dnepr çayının sağ sahilini bufer zonasına çevirməyə çalışır? - ÖZƏL
18 Noyabr 2022 13:14 Dünya"Kiyev rejimi Xersonda Dnepr çayının sağ sahilini qala və bufer zonaya çevirmək niyyətindədir".
Olaylar.az xəbər verir ki, bu sözləri Rusiya Vətəndaş Palatasının üzvü, Xerson vilayətinin qubernatoru səlahiyyətlərini icra edən ştatdankənar müşaviri Aleksandr Malkeviç deyib.
"Görünür, onlar Xersonu və regonun sağ sahilinin xeyli hissəsini bufer zonaya və yanmış torpağa çevirmək istəyirlər. Onlar öz qalalarını yaradıb, sol sahilə bitişik olan hər şeyi oradan vurmaq üçün raket sistemlərini orada yerləşdirəcəklər" - deyə, o, izah edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31