Ukraynaya silah göndərmək üçün Rusiyanın milyardlarla sərmayesi dondurulub ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) əksəriyyəti Belçikada olan Rusiyanın 68 milyard avro dəyərində aktivlərini dondurub. Rusiyanın dondurulmuş bütün aktivlərinin 50 milyard avrosu Belçikanın payına düşür. İkinci yerdə 5,5 milyard avro ilə Lüksemburq dayanır. Aİ Rusiyanın birlik ərazisində nə qədər milli ehtiyatının dondurulduğunu dəqiq bilmir. Aİ-nin təxmini hesablamaları 33,8 milyard avrodur. Eyni zamanda, Polşa, sənədə əsasən, prosesi dayandırıb. Diplomatlardan birinin sözlərinə görə, Varşava bu qərarı tam dəstəkləsə də, ilk növbədə, hazırda həyata keçirdiyi milli qanunu qəbul etməlidir. Bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirmişdi ki, Qərb ölkələri uzun müddətdir ki, Ukraynaya silah tədarükünü maliyyələşdirmək üçün Rusiyanın aktivlərini dondurmaq istəyirlər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31