Ankarada Türkiyə və Finlandiya arasında NATO-ya üzvlüklə bağlı danışıqlar başlayıb
25 Oktyabr 2022 12:32 DünyaOlaylar.az xəbər verir ki, Ankarada NATO-ya üzvlük prosesi çərçivəsində Türkiyə və Finlandiya Ədliyyə Nazirliyinin nümayəndə heyətləri arasında danışıqlar başlayıb. Bu barədə "Milliyet" qəzeti məlumat yayıb.
"Bu gün saat 10.00-da Ankarada Finlandiya Ədliyyə Nazirliyi ilə Finlandiya Ədliyyə Nazirliyinin nümayəndələri arasında danışıqlar başlayıb. Danışıqlarda Türkiyə nümayəndə heyətinə Ədliyyə Nazirliyinin Xarici Əlaqələr Departamentinin və Aİ-nin baş direktoru Kasım Çiçək başçılıq edir".
Mayın 18-də İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün müraciət edib, lakin Türkiyə kürd təşkilatlarını terrorçu elan etməyi, terrorda şübhəli bilinən şəxslərin təhvil verilməsini və Ankaraya silah tədarükünə qoyulan qadağaları aradan qaldırmağı tələb edərək, ölkələrin təşkilata qoşulma prosesini əngəlləyib. İyunun 28-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya prezidenti Sauli Niinistö, İsveçin baş naziri Maqdalena Andersson və NATO-nun baş katibi Yens Stoltenberq arasında danışıqlar aparılıb, danışıqlar zamanı Stokholm və Helsinkinin alyansa daxil olmasına icazə verən memorandum imzalanıb. Türkiyə hələ ki, sənədi ratifikasiya etməyib.