Ukrayna ordusu LPR ərazisinə səkkiz HIMARS raketi atıb

Ukrayna Silahlı Qüvvələri son sutka  ərzində Luqansk Xalq Respublikasının (LXR) ərazisini beş dəfə atəşə tutub.
"Ukrayna Silahlı Qüvvələrinin Zorinsk, Belokurakino, Starobelsk, Zolotoye-2 və Krasnoreçenskoye yaşayış məntəqələrini hədəfə alan 5 atəş hücumu qeydə alınıb. Hücumlarda ABŞ istehsalı olan M142 HIMARS sistemi və 155 mm-lik artilleriya mərmisi qeydə alınıb" - deyə, məlumatda deyilir.

Ukrayna hərbçilərinin atəşə tutması nəticəsində Belokurakinoda dəmiryol vağzalı binasına ziyan dəyib, Zolotoye-2-də iki ev dağılıb, Starobelskdə isə evə ziyan dəyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31