İran prezidenti Rəisi ABŞ-ı informasiya terrorizmində ittiham edib

Olaylar.az xəbər verir ki, İran prezidenti İbrahim Rəisi ABŞ-ı "informasiya terrorizmi" törətməkdə ittiham edib. İranlı siyasətçinin sözlərinə görə, Vaşinqton sanksiyaların artıq effektiv olmadığını anlayıb, başqa üsullara əl atmağa başlayıb. Raisi əsas problem kimi "informasiya terrorizmi" adlandırıb. O, həmçinin əlavə edib ki, ABŞ İranda iğtişaşlar təşkil edib, lakin, yanılıb. Rəisi bu fikirləri Tehranda Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) Baş Assambleyasında səsləndirib.  İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani deyib ki, amerikalılar razılaşmaya qayıtmaq istəyirlər və bunun üçün heç bir ödəniş etmirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31