Rusiya XİN ABŞ-ı ittiham edib

"ABŞ kibermüharibə üsullarından istifadə etdiyini və bunun üçün ilk növbədə Ukraynanın İT ordusundan istifadə edərək Rusiyaya qarşı hücum xarakterli kiber əməliyyatlar apardığını gizlətmir". 

Olaylar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq İnformasiya Təhlükəsizliyi Departamentinin rəis müavini Vladimir Şin deyib.

Şinin sözlərinə görə, NATO və şəxsən ABŞ Kiber Komandanlığının rəhbəri Pol Nakasone kibermüharibə üsullarını inkişaf etdirmək səylərini gizlətmirlər və üstəlik, Ukrayna nümayəndələrini dəvət edərək müvafiq təlimlər keçirirlər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31