Ana və iki uşağı yandı

Saratov şəhərinin Uvek mikrorayonunda fərdi evdə baş verən yanğında ana və 3-5 yaşlarında iki uşaq yanaraq ölüb. 

Olaylar.az xəbər verir ki, bu barədə regionun səhiyyə naziri Oleq Kostin məlumat verib.
"Yanğın nəticəsində ikisi uşaq olmaqla üç nəfər həlak olub. Ərazi fəlakətlər təbabəti mərkəzinin fövqəladə hallar briqadası, eləcə də regional xilasetmə xidmətinin briqadası hadisə yerinə göndərilib", - o, Telegram kanalında yazıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, uşaqlarla birlikdə onların 29 yaşlı anası ölüb. Yanğın zamanı evdə olan 12 yaşlı yeniyetmə və baba isə qaçmağı bacarıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31