Volodimir Zelenski Kiyev şəhərinə yeni rəhbər TƏYİN ETDİ
24 Oktyabr 2022 20:38 DünyaUkrayna Prezidenti Volodimir Zelenski Kiyev şəhər hərbi administrasiyasına yeni rəhbər təyin edib.
Olaylar.az xəbər verir ki, Zelenski bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, bu vəzifəni general-polkovnik Sergey Popko icra edəcək.
Zelenski S.Popkonun yüksək döyüş təcrübəsi sayəsində dövlət paytaxtının müdafiəsini və təhlükəsizliyini gücləndirməyə kömək edəcəyini bildirib.
Popko 2016-2019-cu illərdə Ukrayna silahlı qüvvələrinin quru qoşunlarının komandanı olub.
Qeyd edək ki, bu vəzifəni indiyə kimi Nikolay Jirnov icra edirdi.
qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31