Türkiyənin Kocaeli şəhərinin Körfəz qəsəbəsində yerləşən neft şirkətində yanğın baş verib.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, alovun hündürlüyü 20 metrə qədər yüksəlib.
Əraziyə çox sayda yanğınsöndürən briqada cəlb edilib.
Onlar alovun yaxınlıqdakı müəssisə və tikililərə keçməməsi üçün çalışırlar.