Müdafiə naziri İSTEFA VERDİ

Rumıniyanın müdafiə naziri Vasile Dincu istefa verib.

Olaylar.az report-a istinadən xəbər verir ki, o, buna səbəb kimi, ölkə Prezidenti Klaus İohannislə çalışmaq istəmədiyini bildirib.

Qeyd edək ki, V.Dincu bir müddət əvvəl söyləmişdi ki, Şərqi Avropadakı savaşın başa çatmasının yeganə yolu Ukrayna ilə Rusiyanın dialoq masası arxasına oturmasıdır. Sabiq nazirin sözlərinə görə, Ukraynanın ona təhlükəsizlik təminat verən ölkələrə ehtiyacı var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31