Lavrov: Qərb siyasəti enerji bazarında böhrana gətirib çıxarır
24 Oktyabr 2022 16:25 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva beynəlxalq enerji ticarətini çətinləşdirən və karbohidrogen bazarında böhran yaradan Qərb siyasətindən narahatdır. "Biz Qərbin enerji resurslarının beynəlxalq ticarətini çətinləşdirən, karbohidrogen bazarlarında böhran vəziyyəti yaradan, neft və qaz hasil edən ölkələrə təzyiq göstərməyə çalışan siyasətindən narahatlığımızı ifadə etdik. Bu ilin sonuna kimi bir sıra tədbirlərin, o cümlədən iqtisadiyyat, maliyyə və informatika nazirlərinin görüşləri nəzərdə tutulub. Rusiya bütün bu görüşlərdə iştirak edəcək", -deyə Lavrov bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31